RU

Rusiyanın 30 ildir axtardığı qadın görün harada saxlanıldı: İstanbuldan gəlirmiş

İrəvanın “Zvartnots” hava limanında polis 30 ilə yaxındır Rusiyada axtarışda olan qadını saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

53 yaşlı Armavir şəhər sakini 1997-ci ildən dələduzluq ittihamı ilə axtarışda olub.

“Sputnik Ermənistan”a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadın İstanbuldan İrəvana gəlib. Onun saxlanması barədə Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib.

Избранный
29
publika.az

1Источники