RU

“Kolumbiyalıların Ukrayna ordusunun tərəfində olması bu ölkənin imicini korlayır” - Rusiyanın Boqotadakı səfiri

Kolumbiya vətəndaşlarının xarici silahlı münaqişələrdə muzdlu kimi iştirakı onların ölkələrinin imicinə mənfi təsir göstərir.

Herbiand.az bildirir ki, bunu Rusiyanın Boqotadakı səfiri Nikolay Tavdumadze RİA Novosti-yə bildirib.

“Yerli informasiya məkanında mövcud vəziyyətlə bağlı tez-tez artan narahatlıq var ki, bu da digər şeylərlə yanaşı, Kolumbiyanın “muzdlu əsgərlər ixracatçısı” kimi çox mənfi imicini yaradır”, - səfir bildirib.

Onun sözlərinə görə, kolumbiyalı muzdluların Ukraynadakı taleyi acınacaqlıdır, bununla əlaqədar ölənlərin və itkin düşmüş “uğur əsgərləri” adlanan kolumbiyalıların yaxınları Kolumbiya Xarici İşlər Nazirliyinin binasında və digər yerlərdə mitinqlər keçirir, hakimiyyətdən öz vətəndaşlarını müdafiə etməyi tələb edirlər.

Nikolay Tavdumadze daha əvvəl RİA Novosti agentliyinə müsahibəsində bildirmişdi ki, Ukrayna diplomatik münasibətlər haqqında Vyana konvensiyasını pozaraq öz səfirliyi vasitəsilə Kolumbiyada muzdlu əsgərlər toplayır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
58
herbiand.az

1Источники