RU

Xətai RİH jurnalistləri mükafatlandırdı - FOTO/VİDEO

16.07.2025-ci il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Konstitusiya və Suverenlik ili çərçivəsində Xətai rayon İcra Hakimiyyəti, "EMEDIA GROUP" Media Təşkilatı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Elçin Mirzəbəyli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, BŞİH-nin şöbə müdiri Elmir İmanov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, professor Turab Əhmədov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski, əməkdar jurnalist Etibar Babayev, Türkiyəli jurnalist Fulya Öztürk və digər tanınmış media nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirin əsas hissələrindən biri olan “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib. Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır. Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir. Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir.

Tədbirə xüsusi estetik dəyər qatan elementlərdən biri də “Babək” filmində Babəkin geyindiyi orijinal libasın nümayişi olub. Həmin tarixi geyim simvolik olaraq milli yaddaşın yaşadılmasına və keçmişlə bu gün arasında körpü qurulmasına xidmət edib.

Çıxış edənlər milli mətbuatın 150 illiyinin şanlı Zəfərimizin 5 illiyinin təntənəsində qeyd edildiyini və media nümayəndələrinin 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycandan dünyaya səsləndiyini diqqətə çatdırıblar. Beş il əvvəl media nümayəndələri üçün çox məsuliyyətli bir dönəm olduğunu bildirən çıxışçılar, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi torpaqları qəhrəmanların izi ilə qarış-qarış gəzən jurnalistlərin həqiqətləri çatdırmaq uğrunda mübarizəsinin davam etdiyini bildiriblər. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində mübarizəsinin, ünvanlanan suallara və ittihamlara faktlarla tutarlı cavablar verməsinin Azərbaycan mətbuatı üçün örnək olduğu bildirilib. Ölkəmizin dünyada artan nüfuzundan bəhs edən çıxışçılar bu gün azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərdən, qlobal forumlardan danışıblar. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin aktiv olduğu, tezliklə həmin prosesin gerçəkləşəcəyinə və Azərbaycan mediasının həmin ərazilərdən də dünyaya səslənəcəyinə ümid ifadə olunub.

Tədbir söz və fikir azadlığının təşviqi, milli mətbuat tariximizin təbliği və suverenlik ideyalarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirin əsas məqsədi tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürmək olub.

Tədbirdə, milli dəyərlərin təbliği və mətbuatın inkişafına töhfə verən media nümayəndələri Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təsis edilən “Əkinçi” mükafatı ilə təltif ediliblər.

Избранный
22
unikal.az

1Источники