RU

Xətaidə "Qərbi Azərbaycan İrsi" kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

17.07.2025-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Millət vəkilləri Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Elşad Musayev, Tənzilə Rüstəmxanlı, akademik Vaqif Abbasov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyevin büstü önünə qızıl gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Ümummilli Liderin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib və azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən RİH başçısı Rafiq Quluyev bildirib ki, bu kitab Ermənistan tərəfindən azərbaycanlılara məxsus izlərin silinməsi siyasətinə qarşı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Qərbi Azərbaycandan zorla köçürülmüş azərbaycanlıların mədəni və tarixi yaddaşının qorunması, ərazidəki tarixi abidələrin azərbaycanlılara məxsus olduğunu sənədlərlə sübut etmək, gələcəkdə qayıdış konsepsiyasının əsaslarını yaratmaq dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Həmçinin RİH başçısı Ulu Öndərin məqsədyönlü siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti ilə öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın tezliklə öz doğma torpaqlarına qayıdacağını əminliklə vurğulayıb.

Digər çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi istiqamətdə aparılması ölkə başçısı İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter alıb. Qeyd olunub ki, bu kitabda həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatlar dəqiq və faktlara əsaslanaraq təqdim olunur ki, bu da onun elmi əsaslarla öyrənilməsini zəruri edir.

 

Избранный
25
50
unikal.az

10Источники