RU

Azərbaycan qılıncoynadanları Universiadaya uğurla başlayıblar

Essen, 17 iyul, AZƏRTAC

Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlarda mübarizəyə start verilib.

AZƏRTAC xəbər verir ki, qız şpaqaçılarımızdan Aynur Quliyeva (4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər.

Qrupda 1 qələbəsi olan Xədicə Həsənli mübarizəni dayandırıb.

 

Избранный
60
1
azertag.az

2Источники