Bakı. Trend:
Ukraynanın Ali Radası keçmiş baş naziri Denis Şmıqalın ölkəninyeni müdafiə naziri təyin olunması ilə bağlı səsvermə keçirib.
Trend bu barədəUkrayna KİV-ə istinadən xəbər verir.
Şmıqalın Ukrayna silahlı qüvvələrinə rəhbərlik etməsinin lehinə367 deputat səs verib, yalnız 3 nəfər əleyhinə səs verib, 10deputat isə bitərəf qalıb.
Beləcə, Şmıqalın bu posta təyinatı təsdiqlənib. Qeyd edək ki,buna qədər ölkənin müdafiə naziri vəzifəsini Rüstəm Umerov tuturdu(2023-cü ilin sentyabr ayından bəri - red.).
Qeyd edək ki, Ali Rada, eyni zamanda, Andrey Sibiqanın xariciişlər naziri vəzifəsinə təsdiqləyib. A.Sibiqanın təyinatını 271deputat dəstəkləyib.