RU

İstanbul valisi: Çevriliş planını pozan Türkiyə Prezidentinin və xalqının iradəsi idi

Çevriliş planını pozan Türkiyə Prezidentinin və xalqının iradəsi idi.

“Report” xəbər verir ki, bunu İstanbul valisi Davut Gül Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin qarşısının alınmasının növbəti ildönümü ilə bağlı jurnalistlərlə görüşündə deyib.

O qeyd edib ki, baş verən çevriliş cəhdinin doqquz il ərzində anlaşılması çox da asan deyil:

“FETÖ terror təşkilatı Türkiyənin gündəminə necə gəldi? 1960-cı illərdən başlayaraq bəzən ölkəmizin ictimai qurumlardakı, bəzən təhsildəki əskikliklərdən istifadə edərək onlar bir iqtisadi mənbə qazandılar. Sonrakı müddətdə yetişdirdikləri şəxsləri dövlət strukturlarına sızdırdılar. Beləliklə, FETÖ-yə arxalanan bir struktur formalaşdırıldı. İyulun 15-də isə xalq onlara cavab verərək sistemi çökdürdü”.

Vali vurğulayıb ki, çevriliş cəhdi zamanı Türkiyə vətəndaşlarının hamısı etnik mənsubiyyətindən və yaşından asılı olmayaraq torpağı üçün mübarizə aparıb:

“Dövlət qurumları içərisində də demokratiyaya və milli birliyə bağlı olan insanlar dövlət başçısının çağırışına əməl edərək küçələrə çıxdı. İyulun 16-sı səhər saatlarında artıq terrorçular məğlub edildi, tankları xalqın üzərinə sürən şəxslər saxlanıldı”.

D.Gül əlavə edib ki, xalq 15 iyulda tarixən də olduğu kimi heç vaxt dövlətini düşmənə təslim etməyəcəyini göstərib:

“FETÖ terror təşkilatı sadəcə Türkiyənin problemi deyil. Biz bir az zərərlə də olsa, bu işdən xilas olduq. Ancaq bir gün başqa ölkələr də Türkiyədə törədilən hadisənin bənzəri ilə üzləşə bilərlər, bunu nəzərə almalıdırlar”.

Избранный
23
2
report.az

8Источники