RU

Çində rekord istilər səbəbindən elektrik enerjisinə tələbat tarixi maksimuma çatıb

Bakı. Trend:

Çində müşahidə olunan rekord istilər nəticəsində çərşənbə günüölkədə elektrik enerjisinə tələbat tarixi maksimum həddə çataraq1,5 milyard kilovatdan artıq olub.

Trend xəbərverir ki, bəzi məlumatlara görə, cümə axşamı Çinin bir sırabölgələrində real temperatur 50 dərəcə Selsiyə bərabər hissolunur.

“Reuters” agentliyinin yazdığına görə, cənub-qərbdə yerləşən,sıx məskunlaşmış Çunçin şəhərindən sahilyanı Quançjouya qədəruzanan dözülməz istilər yayılan ərazidə 200 milyondan artıq insanyaşayır.

Milli Meteoroloji X0idmətə istinad edən Çinin dövlət mediaorqanlarının cümə axşamı yaydığı məlumata əsasən, subtropik yüksəktəzyiq sistemi səbəbindən müşahidə olunan isti və quru hava şəraitinəticəsində son iki gün ərzində Çinin şimal-qərb və cənub-qərbbölgələrində yerləşən səkkiz meteoroloji stansiyada rekordtemperatur göstəriciləri qeydə alınıb.

Çinin Milli Enerji İdarəsi bildirib ki, cari ay ərzində bu,ölkədə qeydə alınan üçüncü “rekord səviyyəli” elektrik enerjisiyüküdür.

Bu göstərici ötən ilin maksimal həddini 55 milyon kilovatüstələyir. Yay mövsümünün əvvəlindən bəri dünyanın ikinci ən böyükiqtisadiyyatına malik ölkənin müxtəlif əyalətlərində elektrikenerjisinə tələbat üzrə 36 yeni rekord qeydə alınıb.

Bununla belə, yandırıcı istilər istehlak xərclərinin dəartmasına səbəb olub.

Çinin aparıcı elektron ticarət platforması olan “JD” şirkətininməlumatına görə, iyun ayı ilə müqayisədə kondisionerlərin satışı112 faiz, əl ventilyatorlarının satışı isə 103 faiz artıb. İctimaiiaşə sektorunda da soyuq içkilərə olan tələbatın artması fonundanəzərəçarpacaq dərəcədə yüksəliş müşahidə olunur.

Избранный
58
2
az.trend.az

2Источники