RU

Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsə CƏZA

Bakıda atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Cebheinfo.az" APA -ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Emin Rəhimova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 14-də baş verib. Belə ki, 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Избранный
36
4
cebheinfo.az

8Источники