Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın dörd bölgəsində vurulub.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 14:00-dan 17:00-dək işə salınıb. 13 dron altısı Oryol, dördü Tula, ikisi Bryansk vilayəti, daha biri isə Kaluqa vilayəti üzərində vurulub.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hücumlarının dəf edilməsi ilə bağlı başqa təfərrüat verməyib.
Həmin gün Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin bölgəyə kütləvi zərbə endirdiyi barədə məlumat verib. Rəsminin sözlərinə görə, Şebekino şəhəri də daxil olmaqla, on yaşayış məntəqəsi hücuma məruz qalıb.
QAZİLER.AZ