RU

"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - VİDEO

Avropa Komissiyası İttifaq yollarında 2024-cü ildə baş verən ölüm statistikasını yayıb. 

Avtosfer.az xəbər verir ki, statistikaya görə 2024-cü ildə Avropa İttifaqında baş vermiş yol qəzalarında 19800 nəfər həlak olub. Bu da 2023-cü illə müqayisədə 3 faiz, və ya 600 nəfər azdır.
Komissiyanın hesabatında göstərilir ki, bir çox ölkə 2030-cu ilədək yollardakı ölümləri 50 faiz azaltmaqla bağlı hədəfə nail ola bilməyəcək. Yunanıstan, İspaniya, İtaliya və Fransada ölümlər nisbətən azalıb, Estoniyada isə artıb.
Yol qəzalarında ən çox ölüm Rumıniya və Bolqarıstanda (keçmiş sosialist düşərgəsi) qeydə alınıb. Bu ölkələrdə son 6 ildə ölüm əmsalı 20 faizədək azalsa da, yollar təhlükəli olaraq qalır.
Avropanın ən təhlükəsiz yolları İsveç və Danimarkadadır. Bu ölkələrdə hər milyon nəfərə görə yol qəzalarında ölüm nisbəti müvafiq olaraq 20 və 24 nəfərdir. Halbuki, Avropada orta rəqəm 44-dür.
Qitədə yol qəzalarında ölümlərin 52 faizi kənd yollarında baş verir. Ölənlərin 77 faizi kişilərdir.

 

Vüqar

FOTO QALEREYA
Избранный
30
avtosfer.az

1Источники