RU

Putin bu sosial şəbəkələri qadağan edəcək

Rusiya prezidenti Vladimir Putin hökumətə proqram təminatının, o cümlədən “dost olmayan ölkələrin” rabitə xidmətlərinin istifadəsinə məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

"Unikal" xəbər verir ki, Putin sərəncamın sentyabrın 1-dək yerinə yetirilməsini əmr edib.

Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev də Rusiyada analoqu olan xarici sosial şəbəkə xidmətlərindən istifadənin tədricən məhdudlaşdırılmasını təklif edib.

Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “Telegram” və “WhatsApp”ın daxili sistem işə salındıqdan sonra “Rusiya qanunvericiliyinin pozulmasına” görə daha sərt sanksiyalara məruz qala biləcəyini istisna etməyib. Tezliklə "Na Svyazi" layihəsi Rusiyada Telegram və WhatsApp-a giriş məhdudiyyətlərinin sınaqdan keçirilməsi barədə məlumat verib.

Избранный
47
50
unikal.az

10Источники