Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürən oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub.
Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
“Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
“Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb
Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu