RU

Tramp Qəzzada kilsənin bombalanmasına görə Netanyahuya zəng edib » AzadMedia.az

Tramp

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kilsəyə hücumla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya zəng edib.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.

Onun sözlərinə görə, baş nazir bunun səhvən baş verdiyini vurğulayıb.

"Prezidentin bu hadisəyə reaksiyası heç də müsbət olmayıb", - o bildirib.

Qeyd edək ki, bu gün İsrailin Qəzzadakı yeganə katolik kilsəsinə zərbəsi üç nəfərin ölümünə səbəb olub.

Избранный
38
9
azadmedia.az

10Источники