RU

Kolumbiya prezidenti: “Muzdlu əsgər göndərmək ölkəni qarət etməkdir”

Kolumbiya prezidenti Qustavo Petro Ukraynaya muzdlu kimi göndərilən vətəndaşları ilə bağlı narahatlığını ifadə edib.

Doğru.az xəbər verir ki, Petro bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Kolumbiya dövlətinin müdafiə məqsədilə kadr hazırlığına ayırdığı vəsait nəticədə Kolumbiya xalqının iştirak etmək istəmədiyi xarici silahlı münaqişələrə yönəlir.

“Muzdlu iş bir ölkəni qarət etməyin bir yoludur”, – deyə prezident qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Boqotadakı səfiri Nikolay Tavdumadze bəyan etmişdi: Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edən kolumbiyalı muzdluların sayı hələ də yüksək olaraq qalır.

DOĞRU.AZ

Избранный
127
8
dogru.az

8Источники