RU

Berdiməhəmmədovun Azərbaycan səfəri: İki ölkə arasında əlaqələr daha da dərinləşə bilər...

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və eləcə də ölkəmizin ayrılmaz hissəsi olan Qarabağı ziyarət etməsi dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə səmimi dostluq mühitində keçirilən görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. Pandemiyadan sonrakı dövrdə tərəflər arasında ticarət dövriyyəsində ciddi artımlar qeydə alınıb. Doğrudur, 2024-cü ildə enerji qiymətləri və həcmi səbəbindən ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən azalması qeydə alınsa da ötən il dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb. Belə ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar və nəhayət 2024-ci ildə 383.7 milyon dollar olub.

2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. 2024-cü ildə isə həmin regionda 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var.

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfərləri isə Türkmənistanın Qarabağ iqtisadiyyatının yenidən formalaşmasında və inkişafında yaxından iştirak etmək istəyindən də xəbər verir. Bütövlükdə, son səfər iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

Deputat Vüqar Bayramov,

Sitat.info

Избранный
25
5
sitat.info

6Источники