Suriya təhlükəsizlik qüvvələri yenidən Suveyda şəhərinə daxil olacaq.
APA Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suveyda bölgəsində druzlar və bədəvi qəbilələr arasında yenidən başlanan münaqişənin dayandırılması üçün hökumət qüvvələri sözügedən əraziyə ezam ediləcəklər.
Qeyd edək ki, İsrail Suveyda bölgəsinin demilitarizasiya edilməli olduğunu bildirib və Suriya hökumət qüvvələrinin İsrail sərhədində möhkəmlənməsinə icazə verməyəcəyini bəyan edib.