Suriyadakı tayfalar Süveyda şəhərinə girmək üçün səfərbərlik çağırışı ediblər.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən 50 mindən çox insanın Süveydaya gəlməsi gözlənilərkən, səfərbərlik qərarının “Bədəvi tayfalarını xilas etmək üçün” alındığı bildirilib. Verilən açıqlamada deyilir:
“Biz Suriyanın övladları olaraq, Süveydada baş verənləri narahatlıqla izləyirik”.
Suriya təhlükəsizlik qüvvələrinin Süveydada yenidən başlayan qarşıdurmaları sona çatdırmaq məqsədilə şəhərə girməyə hazırlaşdığı qeyd olunub. Suriya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib:
“Suriya təhlükəsizlik qüvvələri Süveyda şəhərində asayişi təmin etmək və Dürzi-Bədəvi ərəb tayfaları arasındakı qarşıdurmanı yatırmaq üçün yenidən yerləşdirilməyə hazırlaşır”. Süveydadakı əməliyyata daha əvvəl geri çəkildiyi bildirilən birliklərin göndərildiyi açıqlanıb.