RU

ASOSAI: İqlim dəyişikliyi və süni intellekt auditlərin gündəliyinə daxil olmalıdır

İqlim dəyişikliyi və süni intellekt auditlərin gündəliyinə daxil olmalıdır.

“Report” xəbər verir ki, bunu Asiya Ali Audit Orqanları Təşkilatının (ASOSAI) sədri Krişan Sangaran Subramanian Bakıda keçirilən Ərəb Ali Audit Orqanları Təşkilatı (ARABOSAI) ilə ASOSAI-nin birgə görüşündə bildirib.

“Bu platforma bizə ideya, təcrübə və yenilikləri bölüşmək üçün əvəzsiz imkan yaradır. Biz bu toplantıya elə bir dövrdə toplaşmışıq ki, qurumlarımız və ümumilikdə dövlətlərimiz iki mühüm çağırışla üz-üzədir: iqlim dəyişikliyinə qlobal reaksiya və süni intellektin sürətli inkişafı", - deyə o qeyd edib.

Qonaq vurğulayıb ki, iqlim dəyişikliyi qlobal və mürəkkəb problemdir, artıq onun sosial, iqtisadi, ekoloji və humanitar nəticələri hiss olunur: “Audit qurumları təkcə maliyyə yoxlamaları ilə kifayətlənməməli, hökumətlərin iqlim dəyişikliklərinə dair öhdəlikləri, qəbul etdikləri siyasətlər, ayrılan resurslar və əldə olunan nəticələri də qiymətləndirməlidirlər. Görüləcək qabaqlayıcı və düzəldici tədbirlər sərhədlərdən kənara çıxan təsirlərə malik olacaq”.

Sədr həmçinin süni intellektin audit sahəsinə təsirindən danışaraq qeyd edib ki, bu texnologiyalar böyük imkanlarla yanaşı, yeni çağırışlar da yaradır: “Süni intellekt qərarların qəbulu, effektivlik və məlumatların təhlilində çevik imkanlar yaradır. Lakin bununla yanaşı, alqoritmlərdə qərəzlilik, şəffaflığın olmaması, kibertəhlükəsizlik riskləri və potensial sui-istifadə halları da narahatlıq doğurur. Audit qurumları bu prosesləri dərindən başa düşməli və süni intellektin istifadəsini də audit etməlidirlər”.

Избранный
110
report.az

1Источники