RU

Müəllimlərə güzəştli kart veriləcək

Azərbaycanda tələbələrdən sonra müəllimlərə də təhsil kartı veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “TəhsilPlus” kartının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına sərf ediləcək: "Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək".

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə Fondun yeni təşəbbüsü olan “TəhsilPlus” kartının hədəf qrupu, üstünlükləri, faydalarından danışıb. O bildirib ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur. “TəhsilPlus” kartının 450 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

Gülnar Əliyeva

 

Избранный
91
19
qafqazinfo.az

10Источники