RU

Si Cinpin Tramp və Putinlə üçtərəfli görüş keçirməyi planlaşdırır – The Times

Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməyi planlaşdırır. Bu barədə məlumatı The Times yayıb.

Nəşrin məlumatına görə, Si Cinpin Trampı sentyabr ayında İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə Çində keçiriləcək hərbi parad üçün dəvət etməyi nəzərdən keçirir. Həmin tədbirdə Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi bildirilib – o, artıq Çin liderinin dəvətini qəbul edib.

Qeyd olunur ki, Çinli analitiklər və bəzi ictimaiyyət nümayəndələri Si Cinpini bu fürsətdən istifadə edərək Tramp və Putinlə birgə üçtərəfli sammit keçirməyə çağırıblar.

“Trampın 3 sentyabr paradına dəvət olunması niyə də mümkün olmasın?” – deyə tanınmış çinli millətçi şərhçi Çin Tsanrun bildirib. “Əgər prezident Tramp Çinə səfər etsə və paradı izləsə, bu, dünyaya güclü müsbət siqnal göndərər. Çin, Rusiya və ABŞ liderlərinin birlikdə dayanması sülh və sabitlik mesajı ola bilər.”

//Samir Qurbanov, Editor.az

Избранный
100
14
editor.az

10Источники