İsrail nüvə proqramını hərbi məqsədlər üçün inkişaf etdirmək riskini görsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olacaq.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Qalperin bildirib.
Diplomatın sözlərinə görə, hələlik bu perspektiv uzaq görünür: "Biz İranda əməliyyatı elə bir nöqtədə başa vurduq ki, İranın nüvə hərbi potensialı olmayacaq. Biz nüvə hərbi proqramının və genişmiqyaslı ballistik raket proqramının bərpasına imkan verməyəcəyik. Çünki əməliyyatın məqsədi İranın bilavasitə təhdidini və onun İsrail üçün ekzistensial təhlükə yaratmaq qabiliyyətini aradan qaldırmaq idi".
Ağarza Elçinoğlu