RU

Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq imkanları müzakirə edildi

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi Pakistan Dəmir Yollarının sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib.

Viral.az xəbər verir ki, görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca fərqli istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb, həmçinin Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər.

Son Yazılar:

İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan-Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar Limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

whatsapp image 2025 07 18 at 142900 025cb05e

whatsapp image 2025 07 18 at 142902 6902f91d

11111111

whatsapp image 2025 07 18 at 142902 ad484152

Избранный
11
11
viral.az

10Источники