Həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin müvəqqəti idarəçisi vəzifəsinə Baş nazir Nikol Paşinyanın yaxın silahdaşı təyin edilib.
Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilib ki, İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası bu gün keçirilən iclasda Romanos Petrosyanın QSC-nin müvəqqəti idarəçisi vəzifəsinə namizədliyini təsdiqləyib.
Bu təyinata qədər Petrosyan Dövlət Nəzarət Xidmətinə rəhbərlik edib.
Daha əvvəl N.Paşinyan "Taşir" Şirkətlər Qrupuna məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsinin planlaşdırıldığını bildirib. Bu, şirkətlər qrupunun sahibi Karapetyanın evində axtarışın aparılması və onun həbsindən bir neçə saat sonra baş verib. Eyni zamanda, o, şirkətin xarici dövlətin, daha dəqiq desək, dost ölkədən beynəlxalq şirkətin idarəçiliyinə veriləcəyini istisna etməyib.