RU

Azərbaycan idmançıları Şimali Makedoniyaya yola düşüblər

Yazını böyüt
Yazını kiçilt

Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda iştirak edəcək Azərbaycan nümayəndə heyəti Şimali Makedoniyaya yola düşüb.

Milli Olimpiya Komitəsindən hafta.az-a bildirilib ki, iyulun 20-dən 26-dək keçiriləcək yarış ilk dəfə olaraq eyni vaxtda iki ölkədə - Şimali Makedoniya (Skopye, Kumanovo) və Xorvatiyada (Osiek) təşkil ediləcək.

Azərbaycan builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.

Избранный
77
3
hafta.az

5Источники