RU

Su sarıdan artıq korluq çəkmirik

Uzun müddət idi ki, kəndimizdə su problemi yaşanırdı, əhali çox əziyyət çəkirdi. Camaat içməli suyu pul ilə alırdı. 

Bununla bağlı kənd sakinləri rayon icra hakimiyyətinə müraciət etdilər. Nəhayət, nümayəndələr gələrək mövcud vəziyyəti yerində öyrəndilər və problemin həlli ilə əlaqədar tədbirlərə başladılar. Kəndin mərkəzində 30 tonluq yeraltı beton su anbarı inşa edildi. Eyni zamanda müasir tipli sutəmizləyici qurğu, yüksəktəzyiqli iki nasos quraşdırılaraq anbarın yanında bulaq kompleksi istifadəyə verildi. Bununla da kəndimizin su problemi həll edildi.

Kənddə bir sıra abadlıq işləri də görüldü. Kənd sakinlərinin xahişi nəzərə alınaraq bələdiyyə tərəfindən Kür qəsəbəsindən kəndimizə gələn yolda təmir-bərpa işləri aparıldı. Ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlandı, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkildi. 

Hörmətli redaksiya! Xahiş edirik görülən bu işlərə görə aidiyyəti təşkilatlara kənd sakinlərinin minnətdarlığını çatdırasınız.

Ülfət MEHDİYEV,

Şəmkir rayon İsgəndərli kəndinin sakini

Избранный
45
azerbaijan-news.az

1Источники