Ağdam. Trend:
Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasıfəaliyyətə tam hazırdır.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Tren-inmüxbirinə açıqlamasında bildirib ki, 160 yerlik Körpələr evi-uşaqbağçası binasının inşasına ötən ilin fevralında başlanılıb:
"Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanışolublar.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacalarınrahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesininyüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binadaoyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var".