RU

Əmək bazarında hansı ixtisasın sahiblərinə daha çox tələbat var?

Bakı. Trend:

Qəbul imtahanları bitdi. Qarşıda abituriyentləri daha maraqlı,eyni zamanda, həlledici bir mərhələ gözləyir. Bu, ixtisas seçimimərhələsidir. Bu gün seçilən ixtisas gələcək üçün, iş tapmaqbaxımından olduqca vacibdir.

Hazırda əmək bazarında kimlərə, hansı ixtisasınsahiblərinə daha çox tələbat var?

Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov bildirib ki, bütövlükdə təhsil sistemi ilə,xüsusən də ali təhsillə əmək bazarı arasında əlaqəningücləndirilməsinə ciddi ehtiyac var:

“Son illərin təhlilləri göstərir ki, ali təhsilli məzunlarınəmək bazarına daxil olması və iş tapması bəzən çətinliklərləmüşayiət olunur. Bunun qarşısını almaq üçün bir tərəfdən ixtisaslarəmək bazarının tələblərinə uyğun yenilənməli, digər tərəfdən isəabituriyentlər ixtisas seçərkən dörd il sonranın çağırışlarını danəzərə almalıdır. Texnologiya sürətlə inkişaf edir və süniintellekt, robot texnologiyaları, informasiya texnologiyalarısahəsində ixtisaslara tələbat durmadan artır. Bu ixtisaslar həm bugünün, həm də yaxın gələcəyin əsas istiqamətləridir”.

Deputatın sözlərinə görə, ənənəvi olaraq iqtisadiyyat, hüquq,xüsusilə maliyyə ixtisasları da populyarlığını qoruyur.

“Çünki həm makro, həm mikro səviyyədə maliyyə üzrə ixtisaslaşmışkadrlara ehtiyac var. Eyni zamanda, mühəndislik və şəhərsalmaixtisasları da strateji əhəmiyyət daşıyır. Qarabağ və ŞərqiZəngəzurda bərpa-quruculuq işləri və şəhərlərin yenidənplanlaşdırılması bu sahələrə böyük ehtiyac yaradır. Nəticəetibarilə, abituriyentlər seçim edərkən yalnız bu günün deyil, dördil sonra məzun olduqları vaxtın əmək bazarını da düşünməlidirlər”,- deyə Vüqar Bayramov əlavə edib.

Abituriyentlərin ixtisas seçiminə ən çox hansı amillərtəsir edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin TəhsildəTəhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri KamranƏsədov Trend-ə bildirib ki, Azərbaycanda abituriyentlərinixtisas seçiminə təsir edən əsas faktorlar uzun illərdir ki,strukturlaşmış və məqsədyönlü yanaşmadan uzaq, fərdi, emosional vəinformasiyasız qərarlar əsasında formalaşır:

“İxtisas seçimi, əslində, təkcə təhsil deyil, həm də əməkbazarının və iqtisadi inkişafın istiqamətləndirilməsi alətidir. Buprosesin sağlam aparılması həm insan kapitalının səmərəliistifadəsi, həm də gələcək işsizliyin qarşısının alınması üçünstrateji əhəmiyyət daşıyır. Lakin təəssüf ki, Azərbaycan təhsilsistemi bu mərhələni planlı şəkildə idarə edə bilmir vəabituriyentlərin əksəriyyəti seçim zamanı düzgün istiqamət alabilmir.

Statistik göstəricilər bu prosesin nə qədər plansız getdiyinitəsdiqləyir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2023-cüildə ixtisas seçimi edən abituriyentlərin 42%-i bal uyğunluğunagörə qərar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin2024-cü ilə olan göstəricilərinə əsasən, universitet məzunlarının36%-i ixtisası üzrə iş tapa bilmir. Bu, deməyə əsas verir ki, qəbulzamanı verilən qərarlar əmək bazarının tələbi ilə uzlaşmır.Məzunların 21%-i isə ya işləmir, ya da qeyri-rəsmi sektordaçalışır. Təhsilə çəkilən resurslar nəticədə real iqtisadidövriyyəyə çevrilmir və dövlət üçün itkiyə səbəb olur”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsilhaqqında” Qanununun 5.0.7-ci maddəsində göstərilir ki, təhsilinməqsədi cəmiyyətin və əmək bazarının tələblərinə uyğun insankapitalı formalaşdırmaqdır.

“Lakin təhsil sistemində bu prinsip reallıqda özünü göstərmir.Nə orta məktəbdə peşə yönümlü təlimlər var, nə də Elm və TəhsilNazirliyi tərəfindən əmək bazarının ehtiyaclarına dair illikproqnoz və yönləndirmə mexanizmləri hazırlanır. Abituriyentlərhansı ixtisasların gələcəkdə iş imkanı verdiyini, hansılarınınriskli olduğunu bilmədən seçim edirlər. Müsbət cəhət ondanibarətdir ki, bəzi sahələrdə (məsələn, İKT, maliyyə, səhiyyə) həməmək bazarında tələbat, həm də abituriyent marağı üst-üstə düşür.Bu, daha çox sosial şəbəkələrin və şəxsi müşahidələrin təsiri iləbaş verir. Amma bu sahədə dövlətin rolu passivdir. Heç bir ictimaimarifləndirmə kampaniyası aparılmır. DİM tərəfindən hazırlanan“İxtisas seçimi bələdçisi” cəmi statistik rəqəmlərdən ibarətdir vəanalitik deyil. Elm və Təhsil Nazirliyi isə əmək bazarına dair ortavə uzunmüddətli proqnozlar təqdim etmir, regionlar üzrə peşətələbatı xəritəsi hazırlamır. Bu səbəbdən tələbə seçimləri milliinsan resursunun inkişafı baxımından idarə olunmur”, - K.Əsədovəlavə edib.

O vurğulayıb ki, dünya təcrübəsində ixtisas seçimi uzunmüddətlivə mərhələli şəkildə hazırlanır:

“Almaniyada şagirdlərə 9-cu sinifdən etibarən “Berufswahlpass”(peşə seçim pasportu) verilir, buraya onların maraqları,bacarıqları və təcrübə nəticələri daxil edilir. Finlandiyadaməktəblərdə “opinto-ohjaaja” adlanan təhsil məsləhətçilərifəaliyyət göstərir və onlar şagirdlərin fərdi karyera planlamasındaiştirak edirlər. ABŞ-də isə “college counselor” sistemi vasitəsiləşagirdlərə peşə seçimində psixoloji və informativ dəstək verilir.Bu modellərdə dövlət yalnız qaydaları tənzimləmir, həm də yönəldicivə məlumatlandırıcı mexanizmlər yaradır.

Azərbaycanda isə bu sahədə sistemli yanaşma yoxdur. Heç bir ortaməktəbdə rəsmi peşə yönümlü məsləhət xidməti fəaliyyət göstərmir.Tələbələr və valideynlər yalnız sosial medianın təsiri,qohum-tanışın məsləhəti və ya “deyilənə görə, bu sahə yaxşıdır”fikri ilə hərəkət edirlər. Bu isə həm ailələrin maddi və emosionalitkilərinə, həm də insan kapitalının deqradasiyasına səbəbolur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə marifləndirmə işləriaparmır, mütəmadi təhlillər paylaşmır, proqnozlar açıqlamır,universitetləri tələbə yönümlü hesabat verməyə təşviq etmir.Nazirlik planlı iş görmür, dəyişikliklər texniki səviyyədəqalır”.

Kamran Əsədov bildirib ki, ixtisas seçiminə təsir edən əsasamillər – topladığı bal, ailə və cəmiyyət təzyiqi, universitetnüfuzu, təhsil haqqı və gəlir perspektivi – əslində,abituriyentlərin real maraq və bacarıqları ilə üst-üstə düşmür.

“Bu disbalans aradan qalxmasa, hər il universitetlərdən minlərləişsiz məzun çıxacaq. Bu isə təkcə fərdi yox, milli probleməçevriləcək. Bu vəziyyəti dəyişmək üçün təhsil sistemində karyeraplanlamasına əsaslanan strukturlaşmış mexanizmlər qurulmalı, peşəyönümlü dərslər və təcrübə proqramları məktəb dövründən tətbiqolunmalı, əmək bazarı proqnozları təhsil planlamasında əsas meyarkimi istifadə edilməlidir. Əgər bu dəyişikliklər edilməzsə, ölkədiplomlu, lakin peşəsiz və işsiz gənclərlə dolacaq. Elm və TəhsilNazirliyi bu sahədə artıq müşahidəçi yox, yönləndirici olmalıdır.Əks halda təhsil sistemimiz gələcəyi yox, keçmişi təkrarlayan birmexanizm olaraq qalacaq”, - deyə o fikirlərini tamamlayıb.

Избранный
69
50
az.trend.az

10Источники