“Karvan” daha bir futbolçusu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 27 yaşlı futbolçu Roman Hüseynovla yollarını ayırıb.
Onunla başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, bu, mövsümlərarası fasilədə "Karvan"da 12-ci ayrılıq olub. Yevlax təmsilçisi bundan öncə Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour və Begzod Khulikulovla yola salıb.