RU

“TRAMP ZELENSKİYƏ HÜCUMA KEÇMƏYİ TƏKLİF EDİB” – “O, silah satışına ona görə razılıq verib ki...”

Volodimir Zelenski Trampın gözündə daha uğurlu mövqe qazanmağı bacarıb. Bunun üçün Avropa liderlərinin beş aylıq səyləri də əhəmiyyətli rol oynayıb. İyul ayında Ukrayna və ABŞ Prezidentləri – Volodimir Zelenski və Donald Tramp arasında münasibətlərdə dönüş yaranıb. Bir sıra səbəblərə görə onlar daha mehriban ünsiyyət qurmağa başlayıblar.

Hurriyyet.az xəbər verir ki, bunları xüsusi qeyd edən “The Washington Post”-un yazdığına görə, bu vəziyytətin yaranmasına Avropa liderlərinin, xüsusən də Fransa Prezidenti Emmanuel Makronun səyləri, Vladimir Putinin danışıqlar apara bilməməsi, hətta NATO sammiti zamanı Zelenskinin Trampla görüşə kostyum geyinməsi belə kömək edib.

Qəzet yazır ki, Avropa liderləri və ukraynayönlü respublikaçılar Trampla necə danışmaq barədə Zelenskiyə məsləhətlər veriblər: "Avropa liderləri Zelenskiyə məlum davadan sonra Trampdan üzr istəmək üçün üslub hazırlamağa kömək ediblər. Onlar ukraynalılar üçün məqbul olan atəşkəs təklifi hazırlayıblar. Trampın telefonla əlaqəsi saxladığı Avropa liderləri bu əlaqələrdən Putinin ABŞ-yə yaratdığı təhlükəni vurğulamaq üçün istifadə ediblər. Makronun bu məsələdə xüsusi köməyi olub. O, Trampla mürəkkəb münasibətlərinə baxmayaraq, onu Ukraynanı dəstəkləməyin Ağ Evə qələbələr gətirəcəyinə əmin etməyə çaışıb. Trampın Putindən narazılığı da ictimaiyyətə açıqlanıb. Tramp deyib ki, Putin onların danışıqları zamanı dəfələrlə “cəfəngiyyat” təklif edib. Bunlardan sonuncusu iyulun 3-də, Zelenskinin zəngindən bir gün əvvəl baş verib”.

Qəzetin mənbələri iyulun 4-də telefon danışığından sonra Volodimir Zelenskinin ətrafının coşqusundan danışır. Mənbələrə görə, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bunu “həyatdakı ən yaxşı söhbət” adlandırıb və Zelenski də bununla razılaşıb: “Ukrayna rəsmilərindən birinin dediyinə görə, iyulun 4-də Tramp Zelenskiyə deyib ki, Ukrayna müdafiədə oynamaqla müharibənin gedişatını dəyişməyəcək və hücuma keçməlidir. “Financial Times”-ın daha əvvəl xəbər verdiyi kimi, Tramp Ukraynanın Moskvanı, yaxud Sankt-Peterburqu bombalaya biləcəyini soruşduqda, Zelenski belə cavab verib: “Əgər bizim lazımi silahlarımız olsa, edə bilərik””.

Qəzet yazır ki, daha sonra Trampın özü və Ağ Ev bəyanatın tonunu yumşaltmağa çalışıb. Tramp Ukraynaya Moskvaya çata biləcək silahların verilməyəcəyini bildirib. Ağ Evin mətbuat katibi Karolin Levitt isə Trampın yalnız məlumat almaq istədiyini, lakin zərbə endirməyə çağırmadığını söyləyib. Buna baxmayaraq, bu söhbətdən iki həftədən də az vaxt keçib və Tramp Avropa fondlarından istifadə edərək Ukraynaya silah satmaq qərarına gəlib. Qəzetin yazdığına görə, Trampın müttəfiqləri onun əsas məqsədindən əl çəkmədiyini iddia edirlər: müharibəni mümkün qədər tez bitirmək. Bununla belə, o, silah satışına razılıq verib, çünki “bu, ona Ukraynanı birbaşa dəstəkləməkdən məsafə saxlamağa, eyni zamanda Moskvaya sülh razılaşmasına nail olmaq məqsədilə təzyiq göstərmək üçün kifayət qədər təsirini saxlamağa imkan verəcək”.

AzPolitika.info

Избранный
39
50
hurriyyet.az

10Источники