Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
DİN-in mətbuat xidmətindən Referans-a bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub.
Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.
F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта