RU

Kürdəmirdə 10 nəfər qidadan zəhərləndi

Kürdəmirdə 10 nəfər qidadan  zəhərlənib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzindən birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan əsgər yolasalma mərasimində 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Zəhərlənən qonaqlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.


Bizim.Media, Aran bürosu

Избранный
95
40
bizim.media

10Источники