RU

Suma "Zirə"də qalır?

Salifu Sumanın satışı "Zirə" üçün böyük bir problemə dönüb. Son 7-8 ayda adı Avropanın və Asiyanın bir çox klubları ilə yanaşı hallanan vingerin transferi saqqız kimi uzanmaqdadır. 

Ötən müddətdə onunla bağlı o qədər belə xəbərlər yayılıb, nə ucu var, nə bucağı var. Ancaq bu, hələ də davam etməkdədir və görünür ki, proses yenə uzanacaq. Qəsəbə təmsilçisi onu "əldən çıxarmaqla" 1,5 milyon avro qazana bilməyəcək. 

Bu barədə Sloveniya mətbuatı məlumat yayıb. Bildirilib ki, qvineyalı gənc "Maribor"la danışıq aparmaqda davam edir. Ancaq mətbuatda yazıldığı kimi, klub bu keçid üçün 1,5 milyon avro xərcləməyə hazır deyil. Maddi cəhətdən müəyyən sıxıntıları olan "Maribor"un bir transferə bu qədər ödəniş etməsi inandırıcı görünmür.

Həmkarlarımızın klub daxilindəki mənbədən əldə etdikləri məlumata görə, "Maribor"un Sumanı heyətinə qatması da sual altındadır. Çünki klub əsasən azad agent statusu daşıyan oyunçulara üstünlük verir.

Salifu Suma Kiyev "Dinamo"su başda olmaqla başqa bir neçə Avropa klubunun da diqqət mərkəzindədir. 21 yaşlı oyunçunun "Zirə" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Məlumata görə, "Maribor"la görüşlər artıq başa çatıb. Balkan təmsilçisi maddi durumunu bir daha gözdən keçirərək, Suma iddiasından geri çəkilib. Bu söhbət demək olar artıq bağlanmış sayılır.

Избранный
50
azerbaijan-news.az

1Источники