RU

Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı AÇIQLANDI

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.

Onlardan 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Qeyd edilib ki, səhiyyə statistikasına dair məlumatlar Səhiyyə Nazirliyi tərəfindən illik dövriliklə ildə bir dəfə təqdim olunur.

Избранный
93
13
far.az

10Источники