RU

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq

Bakı. Trend:

Azərbaycanda iyulun 21-nə gözlənilən hava proqnozuaçıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeronyarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyiəsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanıntemperaturu gecə 23-28°, gündüz 35-40° isti olacaq. Atmosfertəzyiqi 753 millimetr civə sütunundan 756 millimetr civə sütununayüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkiledəcək.

İyulun 21-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək,gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt,Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27°, cənubçimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28° istiolacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdəduman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunungecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz28-33° olacağı ehtimal edilir.

Избранный
13
50
az.trend.az

10Источники