RU

Şuşada III Qlobal Media Forumuna start verildi – 52 ölkədən 140-dan çox iştirakçı

İyulun 20-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Prezidentin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Forumun Şuşada təşkilinin simvolik və təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyi olmaqla yanaşı, həm də informasiya müharibəsinin hədəfi olan bölgələrdən biridir.

“1990-cı illərdə Xocalı faciəsi zamanı dünya mediası susqun idi. Amma bu gün biz həmin yerlərdə həqiqətləri işıqlandırırıq”, – deyə Hacıyev vurğulayıb.

O əlavə edib ki, Forum Prezident İlham Əliyevlə birbaşa ünsiyyət imkanı yaratmaqla yanaşı, regionun inkişafı barədə beynəlxalq media nümayəndələrini məlumatlandırmaq üçün mühüm platformadır. Forum iştirakçıları Ağdama, Laçına və Xankəndiyə də səfər edəcək.

Tədbirdə “Euronews”, “Euronews Baku”, Avropa Xəbər Agentlikləri Alyansı, “AnewZ”, “Qazcontent” və digər beynəlxalq media qurumlarının nümayəndələri çıxış edərək, rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, süni intellektin mediaya təsiri və dezinformasiyaya qarşı mübarizə mövzularını müzakirə ediblər.

“Media sadəcə xəbər vasitəsi deyil, həm də həqiqətin qoruyucusudur”, – deyə “Euronews”un rəhbərlərindən biri Fernando Soares bildirib.

Xatırladaq ki, Forum çərçivəsində müxtəlif panellər, o cümlədən “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir” mövzusunda müzakirələr aparılır.

Tədbir iyulun 21-dək davam edəcək və 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirir.

DOĞRU.AZ

image-17530011305892042640_1200x630 image-17530011303112323402_1200x630 image-17530005273121913876_1200x630 image-17530011302273515418_1200x630 image-175300661956522975_1200x630 image-17530066191766431814_1200x630 image-1753000527237195837_1200x630 image-17530066195243436945_1200x630 image-17530066193525661034_1200x630 image-17530066194084649135_1200x630 image-17530066191476926873_1200x630 image-17530066191996239194_1200x630

Избранный
51
50
dogru.az

10Источники