Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.