RU

“Liverpul”un 139 milyon avroluq təklifini rədd etdi

“Nyukasl” hazırkı transfer pəncərəsində hücumçusu Aleksander İsakla ayrılmağı planlaşdırmır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu digər komandaların marağını azaltmaq üçün oyunçunun transfer qiymətini 173 milyon avrodan yuxarı müəyyən edib.

“Liverpul” “Nyukasl”a təxminən 139 milyon avroluq təklif göndərib, lakin rədd edilib.

Daha əvvəl “Əl-Hilal”ın isveçli futbolçu üçün mübarizədə “qırmızılar”ı qabaqlaya biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin İsakın özü karyerasını “Liverpul”da davam etdirmək istəyir.

Eyni zamanda, Mersisayd klubu artıq “Nyukasl”ın da maraq dairəsində olan “Ayntraxt”ın hücumçusu Huqo Ekitike ilə müqavilənin şərtlərini razılaşdırıb.

25 yaşlı İsak 2024/25 mövsümündə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Избранный
56
30
sportinfo.az

10Источники