“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.
Çərşənbə günü İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə hazırlaşır.
“Köhlən atlar” Bakını oyundan iki gün əvvəl tərk edəcək.
İyulun 21-i saat 15::00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq.
Təmsilçimizin paytaxtın dəbdəbəli məkanlarından sayılan “Clayton Ballsbridge” otelində məskunlaşacağı da dəqiqləşib.
İyulun 22-də Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq, bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.
İyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ