RU

Yeniyetmə dostların məclisi faciə ilə nəticələndiVİDEO

Abşeronda 16 yaşlı 2 yeniyetmə dənizdə batıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Novxanı çimərliyində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dənizdə batan yeniyetmələr Xırdalan şəhər sakinləri - 16 yaşlı Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir. Yaxınlarının verdikləri məlumata görə, yeniyetmələrdən birinin qardaşı hərbi xidmətə gedəcəyi üçün bu münasibətlə kiçik məclis təşkil etmək qərarına gəliblər. Ötən gecə saat 4 radələrində yaşadıqları Xırdalan şəhərindən dəniz sahilinə gəliblər.

Onların boğulduqlarını görən yaxınları kömək etmək istəsələr də nəticəsi olmayıb.

Axtarış tədbirləri nəticəsində hər 2 yeniyetmənin meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
40
9
xezerxeber.az

8Источники