RU

Morata İtaliya klubuna keçəcək

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.

QOL.az "Football İtalia"ya istinadən xəbər verir ki, "Komo" ispaniyalı hücumçunun keçidini həll edib.

32 yaşlı forvardın keçidinin yaxın günlərdə açıqlanacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
109
3
teleqraf.com

3Источники