“İnter” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas diqqətini “Atalanta”nın futbolçusu Adebula Lukmanın üzərinə yönəldib.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı forvard “neradzurri”nin transfer siyahısında ilk üç yeri tutur.
Nigeriyalı “İnter”in yay transfer planlarında dəyişməz prioritetdir. Klub daxilində “Yuventus”un hücumçusu Nikolas Qonsalesin namizədliyi də müzakirə edilsə də, hazırda argentinalı ilə bağlı aktiv danışıqlar aparılmır
Qeyd edək ki, Adebula Lukmanın mümkün keçidi “İnter”ə 50 milyon avrodan baha başa gələ bilər.