Sumqayıtın 6-cı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Unikal" xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunur. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.