RU

Millimizin legionerinin yeni komandası ingilislərlə oyuna çıxdı

Azərbaycan millisinin futbolçusu Ozan Kökcünün yeni komandası "Volendam" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Niderlandın "Eredivisie" təmsilçisinin İngiltərə "Championship" divizionunun "Norviç" klubu ilə görüşü heç-heçə başa çatıb - 1:1.

O, meydana start heyətində daxil olub və 80-cı dəqiqədə əvəzlənib.

Kökçü bu oyunda fərqlənməsə də, komandasının daha əvvəl "Purmersteijn"ə 7:1 hesabı ilə qalib gəldiyi matçda bir qol vurmuşdu.

"Volendam" növbəti yoxlama oyununu iyulun 26-da "NAC Breda" ilə keçirəcək. Niderland çempionatında yeni mövsüm isə avqustun 9-da start götürəcək.

"Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.

Избранный
44
1
sportinfo.az

9Источники