RU

Daha iki transfer etdilər: Biri ispan, biri serb - FOTO

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferlərini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Saloniki klubundan rəsmi açıqlamaya yayılıb.

Komanda Alvaro Texero və Uroş Raçiçlə heyətini gücləndirib. "Espanyol"dan "Aris"ə keçən ispaniyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Son mövsümün ikinci hissəsini "Braqa"da keçirən serbiyalı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə olunub. Bununla da,Yunanıstan təmsilçisinin mövsümlərarası fasilədə transferlərinin sayı 10-a yüksəlib.

"Araz-Naxçıvan" "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.

İ

Избранный
57
1
sportinfo.az

10Источники