RU

Yayda uşaqları gözləyən 5 XƏSTƏLİk

Yazını böyüt
Yazını kiçilt

Günəşin parladığı yay ayları uşaqlar üçün tətil və əyləncə deməkdir. Ancaq açıq havada uzun saatlar, yüksək hərarət və gigiyena problemləri də bəzi xəstəliklərə səbəb ola bilər.

Hafta.az-ın yazdığına görə, Türkiyədəki Medicana Bursa Xəstəxanasının Pediatriya mütəxəssisi Dr. Cansu Yılmaz, xüsusilə 6 aydan kiçik körpələrdə gün vurmasına qarşı diqqətli olmağın əhəmiyyətindən danışıb. Günvurma atəş, halsızlıq, qusma və huşunu itirməyə səbəb ola bilər. Günəşin zərərli ultrabənövşəyi şüaları səbəbindən dəri xərçəngi riski də artır. D vitamini çatışmazlığı üçün həftədə ən azı iki dəfə səhər saat 10:00-dan axşam 16:00-a qədər üz və qolları günəşdən qoruyucu olmadan 10-15 dəqiqə birbaşa günəş işığında saxlamaq məsləhətdir. Bununla belə, yay aylarında günəş şüalarının ən güclü olduğu saat 11:00-15:00 arasında birbaşa günəşə məruz qalmamaq lazımdır.

Yayda tərləmə orqanizmdə həddindən artıq maye itkisinə səbəb olur. Dr. Cansu Yılmaz bol su içməklə maye itkisinin qarşısını almağın vacibliyini vurğulayaraq deyib: "İstifadə olunan su və maye mənbələrinə diqqət yetirilməlidir. Naməlum mənbələrdən içilən su, eləcə də bu su ilə yuyulan meyvə-tərəvəzlər tif, paratif, ishal, viral hepatit (hepatit A) kimi xəstəliklərə yol aça bilər”.

Yay aylarında ishal hadisələrinin əhəmiyyətli dərəcədə artdığını qeyd edən Dr. Yılmaz, "İshalin ən əhəmiyyətli səbəbi çirklənmiş su və qidadır. Təmiz sudan istifadə etmək, meyvə-tərəvəzləri yaxşıca yumaq, açıq yerdə satılan qidalardan uzaq durmaq vacibdir. Bundan əlavə, ishal zamanı uşaqlara bol maye verilməli, zəruri hallarda oral rehidratasiya terapiyası aparılmalıdır” deyib.

Dr. Cansu Yılmaz yaxşı təmizlənməyən hovuzların xarici otit, sidik yolları və göz infeksiyalarına səbəb ola biləcəyini vurğulayıb. Əavə edib ki, uşaqlar hovuza girməzdən əvvəl həmişə duş qəbul etməli, qulaq tıxacları və üzgüçülük eynəklərindən istifadə qoruyucu ola bilər.

Dr. Yılmaz yay aylarında tez-tez rast gəlinən və infeksiya riski yaradan həşərat və milçək dişləmələrinə qarşı da diqqətli olmağın vacibliyini vurğulayıb. O qeyd edib ki, uzun paltarlar qoruma təmin edə bilər. O, həmçinin vurğulayıb ki, xaricə səyahət edən ailələr uşaqların qayıtdıqdan sonra yaşaya biləcəyi qızdırma və infeksiya simptomlarına hazır olmalıdırlar. "İnkişaf etməkdə olan ölkələrə səyahətdən sonra uşaqların yüzdə 8-i müalicəyə ehtiyac duyur. Onlarda səyahətdən sonra ən çox rast gəlinən xəstəlik əlaməti qızdırmadır. Xəstəliklərin çoxu aşağı tənəffüs yolu, sidik yolu və ya orta qulaq infeksiyalarıdır. Səyahət infeksiyaları arasında yüzdə 21-i malyariya, yüzdə 15-i səyahətçi qızdırması, yüzdə 6-sı isə xroniki ishaldır. Təyinat yerindən asılı olaraq əvvəlcədən ehtiyat tədbirləri görülməli, peyvəndlər hərtərəfli aparılmalıdır. Əllərin gigiyenası xüsusilə vacib olmalıdır", - o deyib.

Xanım Yılmaz, həddindən artıq istilərdə soyutma üçün istifadə edilən kondisionerlərin mənfi təsirlərinin qarşısını almaq üçün kondisioner filtrlərinin mütəmadi olaraq təmizlənməsinin lazım olduğunu bildirib. O, istinin qarşısını almaq üçün yayda kondisioneri 23-26 dərəcəyə qoymağı tövsiyə edib. Yay aylarında uşaqlarının sağlamlığını qorumaq üçün valideynlərin diqqət etməli olduğu bir çox vacib məqamlar var. Günvurmadan qorunma, susuzlaşdırmanın qarşısının alınması, səyahətdən sonra sağlamlığın yoxlanılması və kondisionerdən ehtiyatlı istifadə uşaqların sağlam yay keçirməsinə kömək edəcək.

Избранный
48
50
hafta.az

10Источники