RU

"WhatsApp"da yeni funksiya istifadəyə verildi

Keçən ay "WhatsApp" tərtibatçıları çatlarda oxunmamış mesajların xülasəsini yaratmağa imkan verən "Mesaj xülasəsi" funksiyasını istifadəyə verdiklərini elan etmişdilər. Lakin həmin alət yalnız bir çat üçün işləyirdi.

FED.az xəbər verir ki, yeni yeniləmədə isə bu məhdudiyyət aradan qaldırılıb. Belə ki, "WhatsApp" tərtibatçıları eyni anda bir neçə çat üzrə xülasə yaratmağa imkan verən "Quick Recap" funksiyasını əlavə ediblər.

Mənbənin məlumatına görə, bu funksiya eyni vaxtda beş çat üçün mesajların xülasəsini yaratmağa imkan verir. İstifadəçi sadəcə istədiyi çatları seçməli, ekranın yuxarı hissəsində yerləşən üç şaquli nöqtə simvoluna klikləyərək menyudan uyğun seçimi etməlidir.

Qeyd olunur ki, bütün mesajlar istifadəçinin cihazında emal olunur və üçüncü tərəflərin onlara çıxışı mümkün deyil. Lakin "Quick Recap" funksiyası əlavə məxfilik parametrləri ilə qorunan çatlara tətbiq olunmur.

Bu yenilik hazırda Android əməliyyat sistemi üçün "WhatsApp 2.25.21.12 beta" versiyasında əlçatandır. (Trend)

Избранный
28
25
fed.az

10Источники