RU

Honq-Konqda güclü qasırğa fəsadlar törədib

Honq-Konqda "Vipha" tayfununun gətirdiyi leysan yağışları səbəbindən baş vermiş insidentlər nəticəsində azı 21 nəfər xəsarət alıb.

Oxu.Az-ın şəhər hakimiyyətinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürmə xidmətinə ağacların aşması ilə bağlı 246 məlumat daxil olub.

"Bu gün 13 kişi və 8 qadın tayfunla bağlı insidentlərlə əlaqədar dövlət xəstəxanalarına təcili yardım üçün müraciət edib", - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, müxtəlif ərazilərdə yaradılmış 34 müvəqqəti sığınacaqda 242 nəfər qoruna bilib.

"Cebheinfo.az" 

Избранный
23
cebheinfo.az

1Источники