RU

Azərbaycanlı futbolçu Xorvatiya klubuna keçdi

Azərbaycanlı futbolçu Rüfət Abdullazadə “Səbail”dən ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə cinah oyunçusu sosial şəbəkə hesabında paylaşım edib.

Rüfət Bayıl klubu ilə yollarını ayırdığını açıqlayıb. Abdullazadə ötən mövsüm Premyer Liqada 34 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Rüfət karyerasını Xorvatiyada davam etdirəcək. O, elita təmsilçisi “Varajdin”lə anlaşıb.

Xorvatiya çempionatında daha əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli oynayıb. O, bu Zaqreb “Dinamo”sunda çıxış edib.

Избранный
15
3
msport.az

10Источники