RU

Şəfəq Mehrəliyeva: İnformasiya mühitində sağlam tənqid bacarığının zəifliyi ciddi problemdir

Media savadlılığı XXI əsrin ən vacib bacarıqlarından biridir. Çünki ola bilər ki, sən oxuyasan və yazasan, amma oxuduğunu düzgün başa düşməyəsən.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADA universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının fakültə üzvü Şəfəq Mehrəliyeva bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, media savadlılığı təkcə informasiyanı qəbul etmək deyil, həm də onu şərh etmək, müzakirə aparmaq, tolerantlıq və qarşılıqlı hörmət mühitində düzgün analiz etmək bacarığıdır: “Əgər bu məsələlər sinif otağından başlayaraq aşılanarsa, gələcək nəsillər informasiya mühitində daha güclü və birlik içində olacaq. Hazırda informasiya mühitində həm birlik, həm də sağlam tənqid bacarığının zəifliyi ciddi problemdir”.

O bildirib ki, məlumatlar dərin təhlil olunmadıqda gənclər arasında psixoloji narahatlıqlara səbəb ola bilər.

Избранный
5
18
apa.az

10Источники